Bərk polad məftil yüksək hərarətlə qızdırılır və yavaş-yavaş soyudulur. Bu üsulla emal edilən məftil yumşalır və rahat əyilir. Məftilin ucları qaynaqla və burularaq bərkidilir
Şəkil 5. Məftildən hazırlanmış dekorativ məmulatlar
Qayçı və folqa ilə iş zamanı təhlükəsizlik qaydaları
Metal plastikası, çekanka, naxışbasma, metal üzərində naxışbasma ustası, nazik iz salan alət, kürəyəbənzər iz salan alət, puanson, diskli iz salan alət, soyutmaq. |
PRAKTİK İŞ |
FOLQADAN VƏ MƏFTİLDƏN MƏMULATLARIN
HAZIRLANMASI
Resurslar: folqa, folqa üzərində naxışbasma alətləri, qayçı, qələm, sadə naxış təsviri və ya eskizi, mis, alüminium və ya latun məftil parçası, yumruağız və yastıağız kəlbətinlər.
Tapşırıq: Öz zövqünüzlə və özünüz seçdiyiniz üsulla (folqa üzərində naxışbasma, məftillə toxuma) bədii məmulat hazırlayın.