Bu alətlərin iş prinsipi necədir və onlarla hansı əməliyyatları yerinə yetirmək olar?
|
Naxışbasma texnologiyası nədən ibarətdir? |
Qeyd etmək lazımdır ki, naxışbasma əməliyyatı üzərinə dəri, mahud, linoleum (döşəməyə vurmaq üçün nəzərdə tutulmuş qalın müşənbə), keçə və yaxud fetr (ən zərif keçə) çəkilmiş masada aparılır. Folqanın üzərində rahat sürüşsün deyə alətlərə mum və parafin (neftdən alman muma oxşar ağ maddə) çəkirlər.
Naxışbasma aşağıdakı əməliyyatlardan ibarətdir:
1. Naxışbasma üçün ya hazır təsvir götürülür, ya da onun eskizi işlənilir (şəkil 4, a).
2. Təsvirin üzərinə folqa qoyulur, qələm və yaxud nazik iz salan alətlə basılaraq onun ətrafı möhkəmləndirilir. Sonra təsvirin nisbətən böyük elementlərinin basılmasına başlanır (şəkil 4, b). Üz tərəfdəki qabarıq hissələr folqanın arxa tərəfindən basılır.
3. Təsvirin basılmış surəti alınır (şəkil 4, c).
4. Folqa qalın fetrin üzərinə yerləşdirilir, basmanın fonu nöqtələr və ul- duzcuqlarla işlənib tamamlanır (şəkil 4, d).
5. Şəkil 4, e-də təsvir edilmiş medalyon hazırdır.
Sonda alınmış relyef kazein yapışqanı, təbaşir, əlif yağı və yağlı boyanın qarışığından hazırlanmış məhlulla, mastika və zamaska ilə möhkəmləndirilir.
Naxışbasmadan əlavə metal məftildən insan, quş, heyvan, balıq fiqurları, yarpaq və güllərdən ibarət kompozisiyalar və s. kimi olduqca maraqlı bədii məmulatlar hazırlamaq olar. Məftildən hazırlanmış bəzəkli məmulatlar gül dibçəkləri, külqabı, şam və s. üçün altlıq kimi istifadə edilə bilər. Belə dekorativ məmulatlar mis, alüminium, polad və latun məftillərdən hazırlanır.
Şəkil 4. Folqa üzərində naxışbasma texnologiyası