Metal üzərində naxışsalmada latun, mis, alüminium, polad, bürünc, bəzi hallarda isə qızıl və gümüş lövhələrdən istifadə edilir. Çekanka üçün nəzərdə tutulmuş metal lövhənin qalınlığı 0,2-1 mm olmalıdır.
Metal plastikasının ən sadə növü naxışbasmadır.
Naxışbasma nə deməkdir? |
Naxışbasma əl ilə və alətlərlə basıb yastılatmaqla folqa üzərində relyeftəsvirinin işlənməsidir.
Naxışbasma (şəkil 2) mexaniki bəzəkvurma üsuludur.
Folqa üzərində əllə naxışbasma metalın bədii emalının çox qədim üsuludur. Folqanın yumşaq və plastik olması ən sadə alətlərin köməyi ilə və olduqca tez bir zamanda lazım olan relyef təsvirini almağa imkan yaradır. Bu üsulla müasir rəssamlar medalyon və döş nişanlarının maketini hazırlayırlar. Sadə və asan başa gələn olduğu üçün son zamanlar naxışbasma çox sevilən bir sənət növünə çevrilmişdir.
Folqa üzərində naxışbasma hansı alətlərin köməyi ilə yerinə yetirilir? |
Folqa üzərində naxışbasma xüsusi alətlərin köməyi ilə həyata keçirilir (şəkil 3).
Şəkil 3. Folqa üzərində naxışbasma alətləri: a - naxışa iz salan alət;
b - əzmə
üsulu ilə kürəyəbənzər iz salan alət; c - puanson (metalyayan ştampın
üst hissəsi); d - diskli iz
salan alət