Yandırıcının ucluğu elektrik cərəyanı keçdikdə közərən xüsusi ərintidən hazırlanır. Elektrik yandırıcısı ənmüxtəlifnaxış və təsvirlərin salınması üçün nəzərdə tutulmuş ucluqlar dəsti (şəkil 3) ilə təchiz edilib. İstənilən hamar və quru oduncaq səthi üzərində yandırmanı yerinə yetirmək mümkündür. Lakin ilkin öyrənmə mərhələsində tozağacı, ağcaqovaq, qızılağac, cökə, şabalıd oduncağından və oduncaq materiallarından istifadə etmək olar. Bu növ oduncaqlar açıq rəngə, bircinsli quruluşa malik olduğu üçün yandırılan yerlər tez və bərabər kömürləşir, təsvir aydın və ifadəli olur.
Təsviri yandırmazdan əvvəl məmulatın səthi əsaslı surətdə cilalanır. Cilalanmış səthə yandırılacaq təsvir köçürülür. Ən çox yayılmış üsul təsvirin surətçıxarma kağızı vasitəsi ilə köçürülməsidir. Təsviri köçürmək üçün bütün xətlərin üzərindən karandaş və ya diyircəkli qələmlə cızılır.
Bədii yandırma üçün əsas qaydalar:
1. Yandırma üçün pəstahı hazırlayın.
2. Təsviri çəkin və ya onu surətçıxarma kağızı vasitəsi ilə köçürün.
3. Karandaşı tutduğunuz üsulla ucluğu olan tutacağı götürün və elektrik yandırıcısını şəbəkəyə qoşun.
4. Pəstahın hazırlandığı oduncağın tullantıları üzərində ucluğun qızmasını tənzimləyin və yoxlamaq üçün bir neçə ştrix çəkin.
5. Düz oturun, ucluğun üzərinə çox əyilməyin, otağın havasını tez-tez dəyişin.
6. Tutacağa bərk basmayın, közərmiş ucluğu bir nöqtədə çox saxlamayın. Yandırıb kömür etməkdənsə, az yandırmaq daha yaxşıdır.
Məmulatın səthi üzərində yandırılmış təsviri olduğu kimi saxlamaq, karandaş, flomaster, sulu boya ilə rəngləmək və laklamaq olar.
Elektrik yandırıcısı ilə təhlükəsiz iş qaydaları