Bədii yandırma - ağac məmulatların bəzədilməsi üçün nəzərdə tutulan dekorativ sənət növüdür (şəkil 1). Yandırma üsulu ilə suvenir, mebel və kiçik oduncaq məmulatlarının üzərinə naxış salınır.
Şəkil 1. Yandırma üsulu ilə bəzədilmiş məmulatlar
Ağac üzərində bədiiyandırma hansı alətlə yerinə yetirilir? |
Bədii yandırma elektrik ucluğu olan qələmvasitəsilə yerinə yetirilir.
Evdə və texnologiya dərslərində yandırma xüsusi cihazın - elektrik yandırıcısının köməyi ilə aparılır.
Elektrik yandırıcısı (şəkil 2) gövdədən (1), birləşdirici naqillərdən (2), plastik tutacağa (3) bərkidilmiş közərən ucluqdan (4) ibarətdir. Ucluğun temperaturunun tənzimlənməsi elektrik qızdırıcısının tənzimləmə qulpu (5) ilə yerinə yetirilir.
İstehsalatda, bədii sənət emalatxanalarında yandırma ilə naxışsalma məişət və sənaye cihazları ilə, eləcə də elektrik yandırıcısına taxılan müxtəlif ucluqlarla aparılır.