Şəkil 2. Ağac üzərində oyma işləri üçün
iskənələr: a - yastı düz iskənə; b, c,
d - novşəkilli
(orta, dairəvi və yarımdairəvi) iskənələr;
e - künclü iskənə; f - yastı
çəpinə iskənə
Künclü iskənələr (şəkil 2, e) qanovcuqların kəsilməsi üçün istifadə edilir.
Yastı çəpinə iskənələr (şəkil 2, f), əsasən, həndəsi oyma işlərinə yararlıdır. Ağac üzərində oyma ustasının, yəni həkkakın iş yeri adi masa və stul, bir də oyma işləri üçün nəzərdə tutulmuş dülgər dəzgahı ilə təchiz olunur. Dülgər dəzgahının qapağının hündürlüyü həkkakın dirsəyi səviyyəsində olmalıdır. İş masasına işıq sağdan və soldan düşməlidir. Emal edilən məmulatlar dəzgahda pazlarla və ya vintli sıxaclarla bərkidilir.
Bədii oyma işinə salınacaq təsvirin konturlarının nişanlanması ilə başlanır. Nişanlama karandaş, diyircəkli qələm, xətkeş, pərgar, bucaqlıq, bucaqölçən və qəlibin köməyi ilə aparılır.
Eskizin yerinə yetirilməsi üçün təsvirin təbii ölçüsünü bilmək və onu qalın kağız vərəqdə işləmək lazımdır.
Üçtərəfli qanovcuqlu oymada, naxış, adətən, adi həndəsi fiqurlar - üçbucaqlar, düzbucaqlar, kvadratlar, trapesiyalar, romblar və s. köməyi ilə alınır.
Ağac üzərində oyma işinə yeni başlayanlar işlənəcək təsvirin eskizini sürətçıxarma kağızının köməyi ilə taxta lövhə üzərinə köçürüb sonra işləməlidirlər.
Ağac üzərində bədii oymanın işlənmə texnikası nədən ibarətdir? |
Nümunə olaraq üçbucaq konturu üzrə işi nəzərdən keçirək.
Oymanın işlənmə texnikasını yaxşı başa düşmək üçün nümunə olaraq üçbucaq konturu üzrə işi nəzərdən keçirək.
İş iki əsas mərhələdən ibarətdir - batırma və kəsmə. Kəskinin burnu üçbucağın ortasına şaquli vəziyyətdə qoyulmalıdır. Bu zaman kəskinin dabanı üçbucağın təpəsinə doğru yönəlməlidir.
Kəskinin burnu başlanğıc üçün taxta lövhəyə 2-3 mm batırılmalı, dabanı isə təpəyə yüngülcə toxunmalıdır. Bu üsulla üçbucağın digər təpələri də işlənməlidir. İş zamanı bıçağı deyil, məmulatı çevirmək lazımdır. Batırmadan sonra kəsmə əməliyyatı başlanır. Bıçağın kəsici ucu üçbucağın təpəsinə qoyulur. Oymanın dərinliyindən asılı olaraqmüəyyən bucaq altında (30-45°) kəski aramla üçbucağın konturları boyunca batırılır.