Qabarıq relyefli oyma (şəkil 7) - bu relyeftəsviri qismən və yaxud tamamilə fondan ayırırvə bununla da heykəl görüntüsü yaradır. Hamar səth üzərində birtərəfli təsvirdən fərqli olaraq, qabarıq oymada təsvir hərtərəfli işlənilir. Qabarıq relyefli oyma ağac üzərində oymanın ən çətin növüdür. Bu sənət növü sənətkardan təsvirin qabarıq görüntüsünü yaratmaq bacarığı, mənzərəni uzaqdan görmə və nisbəti saxlama qabiliyyəti tələb edir.
Oyma üçün ən yaxşı material cökə, ağcaqovaq, qızılağac oduncaqlarıdır. Onların oduncağı hamar və möhkəmdir. Bu oduncaqlardan olan oyma nümunələri davamlıdır, əyilmir və qabarmır.
Çox incə və dəqiq oyma işləri üçün tozağacı oduncağı da olduqca qiymətli xammal hesab edilir. Onun üzərində oyma bir qədər çətin olsa da, oyma zamanı çatlamır və bütün istiqamətlərdə işlənmə üçün yararlıdır.
Armud, ağcaqayın və alma ağaclarının oduncağı da nəfis oyma işləri üçün əvəzedilməzdir. Bu ağacların oduncağı sıxlığına görə fil sümüyünə bənzəyir.
Şəkil 7. Qabarıq relyefli oyma
Dekorativ-tətbiqi sənət, ağac üzərində oyma, kəsmə ilə oyma, bıçqılama ilə oyma, müstəvi qanovcuqlu həndəsi oyma, kənarxətt üzrə oyma, qövsvarı oyma, yastı relyefli oyma, qabarıq relyefli oyma. |