Bıçqılama ilə oyma (şəkil 2) zamanı əməliyyatlar kəsmə ilə oymada olduğu kimi yerinə yetirilir. Fərq yalnız ondadır ki, burada bəzi sahələr bıçqı və lobzikin köməyi ilə kəsilir.
Müstəvi qanovcuqlu oyma düz səth üzərində müxtəlif formalı qanovcuqların oyulması ilə yerinə yetirilən oyma üsuludur.
Müstəvi qanovcuqlu oymanın iki növü var: həndəsi oyma və kənar xətt üzrə oyma.
Həndəsi oyma (şəkil 3) ağac üzərində oymanın çox qədim üsuludur. Bu oymada təsvirlərə müxtəlifkombinasiyalarda həndəsi forma verilir. Belə oyma çəpinə bıçaq və yarımdairəvi iskənə ilə düzxətli və qövsvarı elementlər şəklində salınır. Əksər hallarda həndəsi oyma elementlərin forması ilə fərqləndirilir. Elementlər əsasən üçbucaq, kvadrat və çevrədən ibarət olur.
Naxışın qabarıq kəsmə və bıçqılama ilə oyulması bəzəkli oyma adlanır.
Şəkil 2. Bıçqılama ilə oyma
Şəkil 3. a - həndəsi oymanın elementləri: 1,3,6 -
üçtilli qanovcuqlar,
2,4 - qövsvari oyma, 5,7 - dördtilli qanovcuqlar; b - həndəsi oyma
elementli mətbəx lövhəsi