Dənəvər duz gündə bir baş quzuya 8-10 qram hesabı ilə verilir. Bununla yanaşı, tövləyə daş duz da qoyulur.
Əlavə yemləmə üçün nəzərdə tutulmuş quru qida arpa və qarğıdalıdan, yaş qida isə yem çuğunduru və kartofdan ibarət olur.
Yay aylarında qoyunlara gündə 2 dəfə, çox isti havalarda isə 3 dəfə su vermək lazımdır. Əgər qışda qoyun gündə 2,5 l su içirsə, bu göstərici payızda 3,5 l, yazda 4 l, yayda isə 5,5-6 litrə qədər yüksələ bilir. Südverən heyvanlar isə daha çox su qəbul edir. Qoyunlara səhər otlağa çıxmamışdan öncə, günorta dincəlmədən sonra, çox isti havalarda isə otlamadan sonra da su verirlər.
Qoyun saxlayanlar bunu bilməlidirlər - bu heyvanlar çox qorxaqdır və yüksək səs onlarda təlaş yaradır.
Qoyunçuluqda məsuliyyətli ərəfə qırxım zamanıdır. Qırxılmış qoyun soyuq havada xəstələnə bilər. Buna yol verməmək üçün qoyunları tövlədə saxlamaqməsləhət görülür.
Qoyun təsərrüfatı ailə üçün nəinki ekoloji təmiz qida məhsulları deməkdir, həm də yun corab və dəbli yun köynək üçün təbii xammaldır.
İribuynuzlu mal-qara, xırdabuynuzlu heyvan, qoyun və keçi südü, ağıl, konsentrə edilmiş yem. |