On baş qoyun-quzu üçün 30-40 m2 ağıl lazımdır. Ağıl qoyunların açıq havada saxlandığı yerdir. Müasir texnologiya və materiallar ilə tövlə tikmək o qədər də çətin iş deyil (şəkil 1). İsti olması üçün onun hündürlüyü az olmalıdır. Tövlənin özülü olduqca sadə üsulla qoyulur və bu da tikintini asanlaşdırır.
Tövlənin istilik sistemi tikinti zamanı nəzərdə tutulmur. Çünki qoyunlar özlərini qızdıra biləcək qədər istilik buraxırlar. Tövlə işıqlı olmalıdır. Təzəyin çıxarılması və yay vaxtı havanın dəyişdirilməsi üçün bir açıq pəncərə qoyulmalıdır. Döşəmə lövhələri duru tullantıların rahat axıb tökülməsi üçün məsamələrlə vurulur. Qışda qoyunları təmiz havada yemləmək lazımdır. Kombinə edilmiş yemdən ilıq su əlavə edilməklə hazırlanmış horra qoyunların həvəslə yediyi qidaməhsuludur. Yemləmə zamanı boş ağıllardan peyin təmizlənib atılır.
Qoyun ağılında su və yem təknələri qoyulur. Təknələr dirəklərin üzərində asılır ki, qoyunlar onları tapdamasın. Bütün qoyunların bir arada su və yem qəbul etməsi üçün təknələr hesablanmış ölçüdə quraşdırılır (təxminən, bir baş qoyun üçün 0,25 m ölçüsündə).
Döşəməyə saman döşənir. Qışda qoyun az olarsa, tövlənin peyini təmizlənmir. Çünki peyinin üzərində qoyunlar üçün rahat və isti olur. Yazda isə bütün tövlənin peyini təmizlənib dirriyə tökülür.
Qalın yun örtükləri olduğu üçün qoyunlar soyuğa davamlı olur. Küləksiz havada bütün günü bayırda qala bilirlər. Elə buməqsədlə də tövlənin yanında yem və su təknələri ilə təchiz edilmiş çardaqlar quraşdırılır.
Tövlədə rütubət olmamalıdır. Elə ona görə də havatəmizləyici qurğulardan istifadə edilməlidir. Rütubətli tövlədə saxlanan qoyunlar zəifləyir, immunitetini itirir və xəstəliklərə qarşı davamsız olurlar.
Quzuların bəslənməsi və yemlənməsi. Quzular xüsusi otlaqlarda otarılır. Amma təkcə otarılma ilə inkişaf etməkdə olan quzu orqanizmi lazım olan qidalı maddələri ala bilmir. Ona görə də quzular əlavə qidalı yemlə yemlənməlidir. Bu məqsədlə dənli bitkilərdən ibarət qarışıqlardan və jımıxdan istifadə edilir.
Qışda quzular yüksəkkeyfiyyətli yemlə qidalanmalıdırlar. Azkalorili yemlə qidalanmış quzuların boyunu və çəkisini sonra bərpa etmək mümkün olmur. Hər quzu gündə ən azı 1,0-1,5 kq keyfiyyətli otla yanaşı, meyvə-köklülər və konsentratlar qəbul etməlidir.
* Jımıx - kənd təsərrüfatı heyvanları üçün zənginləşdirilmiş yem