Qoyun və keçi südü çox qiymətli qidaməhsulu hesab edilir.
Qoyun südü zəngin tərkibə malik qida məhsuludur. Qoyun südündən bahalı və ləziz pendir növlərinin hazırlanmasında istifadə edilir. Ondan «Rokfor », «Pekarino», «Qafqaz», «Brınza» kimi bir çox qiymətli pendir növləri hazırlanır. Kimyəvi tərkibinə görə qoyun südü inək südündən fərqlənir. Qoyun südünün tərkibində 6-8% yağlar, 4,5-6% zülal, 4,6% süd şəkəri və 0,8% mineral duzlar və vitaminlər var.
Quru maddələrə gəlincə isə qoyun südündə onlar inək südünə nisbətən 1,4 dəfə, yağ və zülal isə 1,8 dəfə artıqdır. 1 litr qoyun südünün ümumi qidalılığı 1060 kilokaloridir.
Keçi südü tərkibinə görə ana südünə olduqca yaxındır. Bol miqdarda immunoqlobulinə* görə keçi südü lap qədim zamanlardan bir çox xəstəliklərin müalicəsi üçün istifadə edilir. Sübut edilib ki, bu qida məhsulu bədəndən radionuklidləri* çıxardır və allergiyanı aradan qaldırır.
Bu heyvanlardan alınan dəri, yun və cod tük də çox qiymətli xammal hesab edilir. Bu təbii materiallardan hazırlanmış geyim rahat və sağlamlıq üçün yararlı hesab edilir.
Qoyunların ev təsərrüfatında bəslənmə texnologiyası necədir? |
Qoyun yaxşı qulluq və yemləmə şəraitində tez artan heyvandır. Onların saxlanması üçün isti aylarda heç bir xüsusi şərait tələb olunmur. Adətən, yayda qoyunlar sürü halında otlamağa çıxarılır. Bu, payıza qədər davam edir.
* İmmunoqlobulin - qanda allergik reaksiyalar göstəricisi
* Radionuklid - insan orqanizminə mənfi təsir edən radioaktiv element