• Uyğun mobil operator seçin. Bütün lazımsız tarif xərclərini dayandırmaq üçün mobil operatorların tarif planlarını diqqətlə izləyin. Ola bilsin ki, öz mobil operatorunuzu digəri, daha sərfəlisi ilə dəyişə bilərsiniz.
• Başqa mağazaların xidmətindən istifadə edin. Bahalı ticarət mərkəzlərindən alış-verişi təxirə salın. Adi supermarketlərdən nə isə seçməyə çalışın. Bu supermarketlərdən evinizə yaxın olanı seçsəniz, nəqliyyat xərclərində də qənaət edə bilərsiniz.
Unutmayın! Bəzən adi mağazada da olduqca keyfiyyətli və münasib qiymətə alış-veriş etmək olur.
• Lazımsız heç nə almayın. Ələlxüsus da kreditlə! Heç bir bahalı telefon və geyim. Unutmayın, xərcləri azaltmaqla gəlirinizi artıra və etibarlı şəxsi büdcə yarada bilərsiniz.
Yığım, daşınılmaz əmlak, qiymətli kağızlar, qənaət üsulları, şəxsi büdcə, xərcin azaldılması, qənaət edilmiş pul. |
PRAKTİK İŞ |
ŞƏXSİ BÜDCƏNİN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ
Tapşırıq: