Marmottan-Mone muzeyi (frans. Musee Marmottan Monet) - Parisdə yerləşən təsviri sənət muzeyidir. Əvvəllər muzeydə sahibkar və dövlət xadimi Jül Marmottanın Birinci imperiya və Napoleon dövrünə aid gözəl kolleksiyası yerləşirdi, sonradan muzey impressionizm muzeyi kimi şöhrət tapdı. Marmottan-Mone muzeyində impressionist və postimpressionistlərin üç yüzdən çox əsəri qorunur və nümayiş etdirilir. Həmin əsərlər Klod Mone və Eduard Manenin, Edqar Deqanın, Berta Morizonun, Alfred Sisleyin, Pol Qogenin, Kamil Pisarronun, Pol Sinyakın və Pyer Ogüst Renuarın şah əsərləridir.
Klod Monenin “Təəssürat. Günəşin doğması” lövhəsini kolleksiyanın “incisi” adlandırmaq olar, çünki impressionizm öz adını məhz bu əsərdən almışdır.
Marmottan-Mone muzeyi. Fasad və interyer. Fransa. 1934