Şəbəkənin təsvir dili xalçanın həndəsi ornamentlərinə daha yaxındır. Əslində, şəbəkə bir çox elmi özündə birləşdirən qədim və mürəkkəb sənət növüdür.
Əsrlər boyu şəbəkə düz lövhə şəklində hazırlanmışdır. Müasir dövrümüzdə mahir sənətkarlar kürəşəkilli şəbəkə formaları yaratmaqla bu sənətə yenilik gətiriblər.
“Funksiyadan formaya, formadan funksiyaya” fikrini necə başa düşürsünüz? Nümunələr gətirin.
Hər bir avtomobilin əmtəə nışanı2 mövcuddur. Verilmiş işarələrin əsasının təşkil etdiyi forma, daşıdığı məna və rəngi haqqında nə demək olar?
2 Əmtəə nişanı (bəzən firma nişanı adlandırılır) - malı istehsal edən şirkəti göstərən simvolik işarə (nişan).