Qədim zamanlardan mis məmulatlar yaradan sənətkarlar onların üzərinə öz imza və ya möhürlərini həkk edirdilər. Bu, dünya muzeylərində saxlanılan belə nadir və təkrarolunmaz incilərin məhz Azərbaycan mədəniyyətinə məxsus olduğunun göstəricisidir.
Misgərlik sənəti bu gün necə dəyərləndirilir?
Şəkidə XVIII əsrdə - xanlıq dövründə bu sənət geniş vüsət alaraq, bir çox insanların, o cümlədən əyanların evlərində geniş istifadə olunurdu. “Şəbəkə” sözü “tor” və ya “barmaqlıq” mənasını verir. Şəbəkə sənətinin inkişafı memarlıqla sıx bağlı olduğundan, əsasən monumental xarakter daşıyır. Şəbəkə, eyni zamanda, dekorativ-tətbiqi sənətin xüsusi vərdiş, incə zövq, təcrübə və texnoloji hazırlıq tələb edən çətin sahələrindən biridir. Şəbəkənin özəlliyi ondan ibarətdir ki, burada yapışqan və mismardan istifadə olunmur, mükəmməl ornamentlər taxtadan və rəngli şüşələrdən hazırlanır.
Adətən, şəbəkə ustaları həndəsi və ənənəvi nəbati ornamentlərə daha çox üstünlük verirlər, çünki bunları müxtəlif bucaqlar altında həyata keçirmək daha məqsədəuyğundur. “Cəfəri”, “səkkiz”, “onaltı”, “gülabi”, “şəmsi”, “göllü” və “bəndi-rumi” - şəbəkənin geniş tətbiq olunan ənənəvi kompozisiyalarıdır.