Tarixi janr təsviri sənətin digər janrları – məişət, portret, mənzərə ilə sıx əlaqəlidir.
Bu janrlar qədim zamanlardan meydana gəlsə də, sərbəst janr kimi İntibah dövründə Avropada formalaşıb.
Avropa rəssamlarının əsərlərində batal janrı
Antuan-Jan Qro.
“Napoleon Preysiş-
Eylau yaxınlığında
döyüş meydanında”.
Luvr, Paris.
1808
Leonardo da Vinçi.
“Anqiari ətrafında
döyüş”.
Luvr, Paris.
Əsərin surəti (Rubens).
1503-1506
Batal və ya tarixi janrı təsvir etməkdə əsas məqsəd nədir?
Azərbaycan sənətkarlarının tarixi və batal janrlarındakı əsərlərində xalqımıza məxsus vətənpərvərlik ruhu, mərdlik, vətənin qəhrəman oğullarının qarşısında dərin ehtiram hissi əks olunmuşdur.