Dizaynın müxtəlif növləri mövcuddur: sənaye (dəzgahların, nəqliyyat vasitələrinin, məişət cihazlarının, qab-qacaqların, mebellərin düzəldilməsi), geyim dizaynı və s. Adətən, sənaye dizaynı haqqında ilk söhbət avtomobildən başlayır. Avtomobil dizaynının yaranmasını, onun eskizindən hazır məhsula kimi hansı mərhələlərdən keçdiyini, yəqin ki, çoxları bilmir. Hər şey qaralama eskizdən başlayır: rəssamın təxəyyülündə müəyyən obraz yaranır, lakin bunu izah etmək çətin olduğu üçün, hər bir fikir vərəqə köçürülür. Adətən, yeni model avtomobilinin layihəsi üzərində bir neçə dizayner çalışır. Diqqətlə forma, material və rəng çalarları seçilir. Dizaynerin əsas məqsədi - avtomobilin layihəsini bütün cəhətlərdə mükəmməl icra etməkdir.
Nəqliyyat barədə ilk fikir XV əsrdə yaşamış Leonardo da Vinçi və XVII yüzilliyin dahisi İsaak Nyuton tərəfindən irəli sürülmüşdür. İlk buxar avtomobili 1769-cu ildə Nikolas Cozef, ilk benzinlə işləyən avtomobil isə1886-cı ildə alman mühəndislər Qotlib Daymler və Karl Benz tərəfindən icad edilmişdir.
Avtomobillərə tələbat geniş olduğu üçün onlar hər zaman dəyişir, daha da mükəmməlləşir və çox sürətlə inkişaf edərək müasirləşir.
Avtomobillərin xarici görünüşü nə ilə fərqlənir?