Dizayn1 - bədii konstruksiyaetmə incəsənətidir. İnsan bir çox yeni əşyalar yaradır və onların eyni zamanda həm faydalı, həm də gözəl olmağını düşünür. Əşyanın yaradılmasında alimlər, mühəndislər və dizaynerlər çalışır. Bunun üçün memarlığı, təsviri sənəti, keramika və dekorativ-tətbiqi sənəti bilmək, yaradıcı təfəkkürə sahib olmaq vacibdir.
Əşyaların obrazı, funksiyası, forma və estetik dəyərləri, rəngi, gözəlliyi və ən sonda onun bəzəyi dəqiq düşünülməlidir. Demək olmaz ki, əşya üzərində ornamentlər, bəzəklər olmadan o, gözəl görünməyəcək, lakin burada hər şey, hətta əşyanın ölçü və nisbətləri də rahatlıq yarada bilər. Müasir əşyalar özündə xalq sənətinin incəliklərini qoruyub saxlayır. Əvvəllər olduğu kimi, rəssamlar üçün ən vacib ilham mənbəyi təbiət sayılır.
Şəkillərdə gördükləriniz özündə hansı təbiət obrazlarını əks etdirir?
1 Dizayn (ing. - design) - anlayışının iki mənası var.
Bir tərəfdən bu, “əşya”: proyekt, rəsm, eskiz, fikir; digər tərəfdən “proses”: layihələndirmək,
konstruksiya etmək, fikirləşmək deməkdir. Bu termin əşyalar aləminin layihələndirilməsi fəaliyyəti
mənasını bildirir. Dizayn XX əsrin əvvəllərində meydana gəlmişdir.
Dizayner - müxtəlif sahələrdə bədii-texniki fəaliyyət göstərən insan (eləcə də memar,
la- yihələndirici, illüstrator, plakat, reklam və s. qrafikaların dizayneri).