O, çiçək açan ağac, yaşıl ağac və bar verən ağacla Füzuli yaradıcılığının müxtəlif dövrlərini təsvir edərək, onları bir-biri ilə fəlsəfi baxımdan əlaqələndirmişdir. Bu əsərdə rəssam buludlar vasitəsilə Füzulinin qəzəlindən bir beyt yazmışdır.
Eldar Mikayılzadə xalçanın toxunduğunu, necə ərsəyə gəldiyi fəlsəfi ideyasını gerçəkləşdirən rəssamdır. Onun qoyunların otarılmağından tutmuş xalçanın bazarda satılmasına qədər bütün prosesi əks etdirən çeşnisi əsasında “Yaranış” xalçası toxunmuşdur. Bu kompozisiyada “Şeyx Səfi”, “Pazırık”, “Pirəbədil”, “Sərab”, “Xilə-Buta”, “Çiçi” xalçalarının, vərni, Qarabağ xurcunlarının da təsvirləri əks olunub.
Ustad sənətkarların son işlərindən olan “Kəhkəşan” xalçası Kainatın yaradılışı, insanın göy cisimləri və kosmosu öyrənməsinə həsr olunub.
Eldar Mikayılzadənin xalçalarında süjet və fəlsəfə
Xalçanın hazırlanması hansı mərhələlərdən ibarətdir?
Eldar Mikayılzadə əsərlərinin heç birinə imza qoymur. Onun fikrincə, əsərlərinin kimə məxsus olduğunun bilinməsi vacib deyil. Əsas odur ki, bu əsərlərdə azərbaycanlı ruhu olsun. Bu, xalq sənətidir.
Müəllifi olduğu “Yaranış” xalçası Frankfurtda, “Kəhkəşan” xalçası isə Amerikada keçirilən beynəlxalq sərgidə qızıl medala layiq görülüb. Eldar Mikayılzadənin yaratdığı əsərlərin çoxu xarici ölkələrdə - Rusiya, Böyük Britaniya, Fransa, Türkiyə, Səudiyyə Ərəbistanı, Küveytdə şəxsi kolleksiyalarda və muzeylərdə saxlanılır.