Görkəmli rəssamın Çexiya, Rusiya, Hindistan, Fransa, Litva, ABŞ və digər ölkələrdə fərdi sərgiləri keçirilib. Onun əsərləri dünyanın bir çox incəsənət muzeylərində, şəxsi kolleksiyalarda saxlanılır. Toğrul Nərimanbəyov öz fitri istedadı sayəsində mədəniyyətimizin inkişafına dəyərli töhfələr vermişdir.
Sərbəst iş üçün tapşırıqlar
Quaş və ya akvarel, vatman
Müəyyən edin
-
T.Nərimanbəyovun monumental əsərlərinə hansı kolorit xarakterikdir?
Yaradıcı fəaliyyət
-
Yoldaşlarınızla birgə “Azərbaycan - yurdum mənim!” mövzusunda kollektiv panno yaradın. Bunun üçün əvvəlcə kompozisiyanı düşünüb, uyğun eskizlər çəkin. Sonra öz aranızda mövzunun mahiyyətini əhatə edəcək hansı elementlərin kim tərəfindən çəkiləcəyini müəyyənləşdirin. Bütün iştirakçılar işi tamamladıqdan sonra hissələri bir vatman vərəqdə, əvvəlcədən düşündüyünüz kimi, yapışdırın. Pannonun kənarlarını mövzuya uyğun dekorativ şəkil və naxışlarla bəzəyin.
-
Toğrul Nərimanbəyovun yaradıcılığı haqqında əlavə məlumat toplayın və təqdim edin.
Özünüzü yoxlayın
✔
Monumental rəngkarlığın hansı texnikaları mövcuddur?
✔
Toğrul Nərimanbəyov və Böyükağa Mirzəzadənin yaradıcılığında oxşar xüsusiyyətlər hansılardır?