Rəssamın yaradıcılığı Azərbaycan xalqının milli xüsusiyyətlərini, adət-ənənələrini, məişət tərzini özündə qabarıq əks etdirməklə çox qiymətlidir. Onun tablolarında gah İçərişəhərin qədim, dar və sirli küçələrini, bənzərsiz memarlığı, gah da Xəzərin şahə qalxan dalğalarını, Azərbaycanın, digər ölkə və şəhərlərin füsunkar mənzərələrini görmək olar. O, narı elə böyük məhəbbətlə çəkərək təqdim edirdi ki, bu yumruq boyda meyvənin timsalında vətəni göstərə bilirdi.
GÖRKƏMLİ RƏSSAMLAR
|
|
Toğrul Fərman oğlu Nərimanbəyov
Həyat xronologiyası
|
Yaşadığı illər
|
1930-2013
|
Doğulduğu yer
|
Bakı, Azərbaycan
|
Təhsili
|
Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi (1945), Litva İncəsənət İnstitutu (1950)
|
Ad və mükafatları
|
“İstiqlal” ordeni (2000), “Şərəf” ordeni (2010), SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, SSRİ-nin və Azərbaycanın Xalq rəssamı
|
Üslub və texnika
|
rəngkar, monumentalist və teatr rəssamı
|
Əsərlərin mövzusu
|
natürmort, portret, səhnə tərtibatı
|
Məşhur əsərləri
|
“Qız qalası” (1966), “Muğam” (1966), “Bağda çayxana” (1974), “Şəki bazarı” (1976), “Köhnə Bakı” (1980), “Bayram” (1982), “Paris xatirələri” (1988), “Qoç ilə oğlan” (1991), “Azərbaycan müğənniləri” (1996), “Çayxanada səhər” (2000), “İçərişəhərdə küçə” (2003) və s.
|
Bu maraqlıdır
-
Toğrul Nərimanbəyov təkcə rəssam deyil, həm də opera ifaçısı idi. Onun gözəl, məxməri bariton səsi var idi. O, klassik operalardan, xüsusilə İtaliya bəstəkarlarının əsərlərindən ariyaları peşəkarlıqla ifa edirdi.
-
Toğrul Nərimanbəyov Fransa Müasir İncəsənət Ensiklopediyasında haqqında məlumat verilən yeganə azərbaycanlıdır.