İncəsənətə dair dialoq
Azərbaycanın hansı məşhur rəssamı öz yaradıcılığında nar təsvirlərinə geniş yer ayırmışdır?Milli rəngkarlıq sənətimizin ən tanınmış nümayəndələrindən biri, monumentalist və teatr rəssamı kimi öz fitri istedadı sayəsində mədəniyyətimizin inkişafına dəyərli töhfələr vermiş görkəmli rəssam Toğrul Nərimanbəyovun yaradıcılığı təkcə ölkəmizdə deyil, onun hüdudlarından çox-çox kənarda da tanınır və sevilir. Azərbaycan incəsənətinin zəngin ənənələrindən qidalanan və bənzərsiz üslubu ilə səciyyələnən sənətkarın yaradıcılığı həm vətənimizdə, həm də bütün dünyada böyük şöhrət qazanmışdır.
T.Nərimanbəyovun bədii monumental rəngkarlığı
Azərbaycan Respublikası Milli Məclisinin binasında nümayiş etdirilən əsər