1924-cü ildən başlayaraq 4 il ərzində S.Dadaşov və M.Useynov Şirvanşahlar sarayı kompleksində divanxana, türbə və qismən də Şah məscidinin memarlıq-ölçmə və bərpa işlərini yerinə yetirmişlər. Yaradıcılığının ilk dövrlərində klassik Avropa və Qədim Yunanıstan memarlığından bəhrələnən memarlar yaşayış və ictimai binaları layihələndirirlər. XX əsrin 40-cı illərində onlar milli memarlığımızda analoqu olmayan, milli memarlıq üslubunun elementlərini özündə əks etdirən çoxmərtəbəli yaşayış binaları ucaldırlar.
Sadıq Dadaşov yaşadığı çox qısa yaradıcılıq fəaliyyəti dövründə XX əsr Azərbaycan memarlığını zənginləşdirmiş, onun tarixində silinməz izlər qoymuş əvəzedilməz sənətkarlarımızdandır.
Forma və konstruksiyanın binanın xarici görünüşündə nə kimi əhəmiyyəti var?