İncəsənətə dair dialoq
Ötən illərlə müqayisədə Azərbaycanın müasir memarlığında hansı dəyişikliklər baş verib?
Azərbaycan memarlığının mütərəqqi ənənələrini yaradıcı cəhətdən inkişaf etdirərək Bakıda və Azərbaycanın digər şəhərlərində xeyli yaşayış və ictimai binanın layihəsini verən görkəmli sənətkarlardan biri Sadıq Dadaşov olmuşdur. O, tanınmış memar Mikayıl Useynovla birgə fəaliyyət göstərən və Azərbaycan sovet memarlığının əsasını qoyan mahir sənətkarlardan biridir. Sadıq Dadaşov ali memarlıq təhsili almış ilk azərbaycanlı memardır.
Memarlar Sadıq Dadaşov və Mikayıl Useynovun birgə layihəsi
Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyi.
“Nizami” kinoteatrı.