Heykəltəraşın xüsusi maraq göstərdiyi sahələrdən biri də relyef — qabartma texnikasıdır. O, ilk yaradıcılıq illərindən heykəltəraşlığın relyef növündə bir çox əsərlər yaratmışdır. Yaradıcılığında daim axtarışlar apararaq, o, bir materialdan digərinə keçir, mərmər və daşla işləyir, kəsib doğrayır, gili yumşaldır və yenidən ağaca və daşa üz tuturdu. T.Məmmədov hər dəfə təxəyyülünə gələn obrazları ifadə etməkdə ona yardım edəcək material axtararaq tapırdı.
Heykəltəraşlıqda materialın rolu nədən ibarətdir?
Tokay Məmmədovun şəhərimizin park və meydanlarındakı əsərləri hər gün minlərlə insan tərəfindən seyr edilir. Onun ucaltdığı heykəllər - gələcək nəsillərə sənətkarın bəxş etdiyi çox dəyərli xatirədir.