GÖRKƏMLİ RƏSSAMLAR
|
|
Tokay Həbib oğlu Məmmədov
Həyat xronologiyası
|
Yaşadığı illər
|
1927-2018
|
Doğulduğu yer
|
Bakı, Azərbaycan
|
Təhsili
|
Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi, İ.E.Repin adına Rəssamlıq Akademiyası
|
Ad və mükafatları
|
SSRİ Dövlət mükafatı (1978) və Azərbaycan Dövlət mükafatı laureatı (1982), “Şərəf nişanı
“Xalqlar dostluğu”, “Şöhrət” ordenləri, Azərbaycanın əməkdar incəsənət xadimi, Azərbaycanın xalq
rəssamı, professor
|
Üslub və texnika
|
heykəltəraşlıq; relyef, monumentalizm, dəzgah
|
Əsərlərin mövzusu
|
portret, süjetli əsərlər
|
Məşhur əsərləri
|
“Mir Möhsün Nəvvab” (1956), “Fərhad” (1959), “Nəriman Nərimanov” (1961), “Nəsirəddin Tusi”
(1970), “Şövkət Məmmədova” (1983) və s.
|
“Mirzə Fətəli Axundov”. Gips, 1962
“Vəcihə Səmədova”. Mərmər, 1966
Materialı hiss etmək, ona müəyyən ideya və mövzu tapmaq, yaxud əksinə, müəyyən materialda müvafiq
ideyanı həyata keçirmək - heykəltəraşın istedadının mühüm elementlərindəndir.
Tokay Məmmədovun yaratdığı portretlər qalereyasında mərmər, tunc, gipsdən olan yüzlərlə portret
mövcuddur ki, bu cür materiallarda sənətkar obrazların xarici görünüşü ilə yanaşı, daxili psixoloji
keyfiyyətləri də göstərməyə müvəffəq olmuşdur.
Tokay Məmmədov Azərbaycan heykəltəraşlığında ağacın növlərini və keyfiyyətlərini dəqiqliklə öyrənmiş və
bu material əsasında bir çox tanınmış insanların simasını canlandırmış sənətkardır. Onun ağacdan
yaratdığı portretlərdə yüksək psixoloji keyfiyyətləri göstərə bilməsi xüsusilə diqqəti cəlb edir.