F.Əbdürrəhmanov yaradıcılığa 30-cu illərdə görkəmli ədəbiyyat və mədəniyyət xadimlərinin büstlərini yaratmaqla başlayıb. Heykəltəraşın ilk monumental əsəri olan dahi şair Füzulinin heykəli (1939) Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin lociyasında ucaldılıb.
F.Əbdürrəhmanovun II Dünya müharibəsi dövründə yaratdığı xalq qəhrəmanları Koroğlu, Babək və Cavanşirin barelyefləri heykəltəraşın xalqımızın zaman-zaman yetirdiyi qəhrəmanlara, milli azadlıq mübarizlərinə sevgisinin təzahürüdür.
Xalq rəssamı, görkəmli heykəltəraş Fuad Əbdürrəhmanovun gərgin yaradıcılıq fəaliyyəti və yüksək peşəkarlığı sayəsində Azərbaycan heykəltəraşlığı bir çox qiymətli abidələrlə zənginləşmiş və ölkəmizdən xeyli uzaqlarda da şöhrət qazanmışdır.