İncəsənətə dair dialoq
Monumental və dəzgah heykəltəraşlığı nümunələrini bir-birindən fərqləndirən xüsusiyyətlər hansılardır?Azərbaycan milli heykəltəraşlıq məktəbinin yaradıcısı onun ilk nümayəndəsi, tanınmış heykəltəraş xalq rəssamı Fuad Əbdürrəhmanovdur. Onun yaradıcılığının səciyyəvi xüsusiyyətləri kimi obrazların ciddi və dəqiq işlənilməsini, uğurlu və bitkin kompozisiya həllini, estetik və plastik dolğunluğunu, surətlərin daxili aləmini qabartmaq bacarığını qeyd etmək olar. F. Əbdürrəhmanov dəzgah və monumental heykəltəraşlıq sahəsində bir çox uğurlu əsərlər yaratmışdır.
F.Əbdürrəhmanovun yaratdığı monumental heykəltəraşlıq abidələri