B.Mirzəzadə bir teatr rəssamı kimi müxtəlif tamaşalara bədii tərtibatlar hazırlayıb. Uzun illər Azərbaycan teatrında iyirmiyə yaxın tamaşaya səhnə tərtibatı vermiş görkəmli rəssamın müxtəlif sənətlərin sintezindən yaratdığı dekorasiyalar mütəxəssislər tərəfindən çox yüksək qiymətləndirilir.
B.Mirzəzadənin əsərlərindəki işıq-kölgə keçidləri, rəng koloriti haqqında nə demək olar?
“Milyonçunun dilənçi oğlu” musiqili komediyasının dekorasiya eskizləri. 1966
B.Mirzəzadə 1940-cı ildən etibarən yerli və beynəlxalq sərgilərdə fəal iştirak etmişdir. O, yaratdığı əsərlərlə Azərbaycan təsviri sənət tarixinə öz adını əbədi həkk etmişdir.