Belə ki, alma kürə formasından dairəyə çevrildi. Matis rəngkarlıqda dərinliyi yox etdi. Rəssam “İlbiz”
və digər əsərlərində yastılığa necə nail olub, hansı ifadə vasitələri ilə bunu göstərə bilib?
“İlbiz”. Teyt qalereyası,
London. 1953
Yaradıcı fəaliyyət
-
-
Dekupaj texnikasında əşyaya tərtibat verərək bəzəyin. Verilmiş nümunələrdən istifadə
etmək olar.
Sənətkar məsləhəti
Dekupaj texnikası kifayət qədər sadədir:
1 - lazım olan səthi hazırlayın;
2 - naxışlı salfet və ya parça götürün;
3 - naxışları səthə yapışdırın;
4 - məmulatı qurudun və üzərinə lak çəkin.
-
Təmiz kontrast rənglərdən istifadə edərək, əlvan koloritli rəsm çəkin.
-
Anri Matisin yaradıcılığı haqqında əlavə informasiya toplayın və təqdim edin.
Özünüzü yoxlayın
✔
Hansı xüsusiyyətlər fovizm üçün səciyyəvidir? O, impressionizmdən nə ilə fərqlənir?
✔
Matisin yaradıcılığı incəsənətin inkişafına necə təsir göstərdi?