Matis öz əsərlərində nə demək istəmişdi? Siz bunu necə başa düşürsünüz?
“Rəqs” və “Musiqi” tabloları rəssamın ən məşhur əsərləri hesab olunur. “Rəqs” əsəri öz sadəliyi və dinamizmi ilə insanı heyrətləndirir. Rəssam bu əsərdə bəşəriyyətin Yerdə xoşbəxt mövcudluğu haqqında xatirələrini təcəssüm edib.
İki tablo, biri - beş rəqs edən, digəri isə beş əyləşmiş alov rəngli fiqur əlvan rəng qammasına, formanın yastı görünüşünə, mövzunun yayğınlığına görə eyni olsa da, ritminə görə bir-birinə tamamilə ziddir. “Rəqs” və “Musiqi” - təbii qüvvələrin - od, torpaq və havanın rəmzidir.
Matis məşhur rəssam olduqdan sonra fovizmin təsviri sənət tarixində mühüm üslub kimi doğulub təşəkkül tapmasında əsl inqilab etdi. Onun əsərlərində rəng formadan o qədər üstün idi ki, rəngi onun əsərlərinin əsl məzmunu hesab etmək olardı. Bütün fovizm və bütövlükdə Matis elə bundan ibarət idi.
1952-ci ildə rəssamın vətənində Matis muzeyi açıldı.
Matisin tərəfdarlarından heç kim onun kimi əsərin bütün elementlərinin dolğun kompozisiya və dekorativ tabeliyinə nail ola bilmədi. O, dekorativ rəngkarlığın təkrarolunmaz sənətkarı olaraq qalır.