D Ə R S L İ K L Ə T A N I Ş L I Q
Dərslikdəki mövzular üzrə təlim materialları aşağıdakı ardıcıllıqla
verilmişdir:
-
İncəsənət haqqında dialoq və Xatırlayın – mövzuya maraq
oyadan sual, şəkil, anlayışların çıxarılması əvvəllər qazanılmış
biliklərə əsaslanır və aktiv fəaliyyətə cəlb edir.
-
Tanış olun – dərs materialı üzərində müstəqil iş və müzakirə
üçün verilən məzmun. Burada təsviri sənətin tarixi, onun cəmiyyətdə
rolu haqqında məlumatlar, müxtəlif sxem və cədvəllər
əks olunur.
-
Görkəmli rəssamlar – Azərbaycanın və dünyanın görkəmli təsviri
sənət nümayəndələrinin həyat və yaradıcılığı ilə tanışlıq.
-
Təsviri sənət qalereyası – estetik münasibət bildirmək üçün
Azərbaycan və dünya rəssamlarının qrafika, rəngkarlıq, heykəltəraşlıq
və dekorativ-tətbiqi sənət əsərlərindən nümunələr.
-
Müzakirə üçün suallar – məzmunun mənimsənilməsinə xidmət
edən və təfəkkürü fəallaşdırmaq üçün vacib sayılan suallar.
-
Bu maraqlıdır və Bilirsinizmi? - mövzu ilə əlaqəli olan, dünyagörüşünü genişləndirməyə xidmət edən
maraqlı faktlar və hadisələr öz əksini tapır.
-
Düşünün və izah edin – verilmiş fikrin izahı.
-
Sənətkar məsləhəti – yeni üsul və vasitələrə, praktik və yaradıcı
tapşırıqlarda əməl edilməsi vacib olan qaydalara dair tövsiyələr.
-
Sərbəst iş üçün tapşırıqlar – mövzu ilə bağlı nəzəri və praktik
tapşırıqlar; yeni qazanılmış bacarıqların tətbiqi, onların izahı
və rəsmin çəkilməsinə yardım edən təsvir ardıcıllığı.
-
Müəyyən edin və Yaradıcı fəaliyyət – maraq və bacarığa görə
seçim imkanı verən tapşırıqlar.
-
Özünüzü yoxlayın və Ümumiləşdirici tapşırıqlar – özünüqiymətləndirmə
və əldə olunmuş nəticələri ümumiləşdirmək üçün
verilmiş sual və tapşırıqlar.
– Resurslar (nəzəri və praktik iş üçün mövzuda istifadə olunan
ləvazimatlar).