Pol Qogenin məşhur tablosunda şifrlənmiş 15 simvol
Pol Qogenin 1897-1898-ci illərdə çəkdiyi və Zərif Sənətlər Muzeyinin (Boston, ABŞ) kolleksiyasında saxlanılan “Biz haradan gəldik? Biz kimik? Biz hara gedirik?” əsərinin çox mühüm bir xüsusiyyəti var: o, sağdan sola “oxunur”. Qogen kətanın üzərində insan həyatının doğuluşdan ölümədək tarixini təsvir edərək, onu əllərini yuxarı qaldırıb yetişmiş meyvələrə uzadan büt heykəlin (idolun) ətrafında yerləşdirib.
1. Yatmış uşaq - hələ Yer üzünə enməmiş insan ruhunun rəmzidir.
2. İt - insanı yerdə gözləyən bədbəxtliklərin rəmzidir.
3. Üç qadın - insan ruhunun vücudda olduğu andan dünyaya gələnədək olan ilk mərhələyə işarədir.
4. Xeyir və şər ağacından meyvə dərən kişi - insanda dünyanın yaranış sirlərini dərk etmək istəyinin oyanmasının rəmzidir.
5. Əlini başına qoymuş fiqur - həyatın “lənətlənmiş suallar”ına cavab tapa bilməmək, imkansızlıqdan ümidsizliyə qapılan insanın inkişafının ikinci mərhələsini təcəssüm edir.
6. Qırmızı geyimli iki fiqur - insanın təhlil etmək qabiliyyətinə çatdığı ruhi inkişafın üçüncü pilləsinin təcəssümüdür.
7. Quş - Qədim Misir incəsənətindən götürmüş mənəvi yolun rəmzidir.
8. Qara geyimli qadın - ruh özünün Yerdəki formasının məğzinə yetdikdən sonra onun ən yüksək inkişaf mərhələsinin rəmzidir. O, ruhun iztirablar içində bərkiməkdə olduğunu bildirir.
9. Su mənbəyi (bulaq) - əbədiyyət rəmzidir.
10. Büt heykəl - azad olmuş ruhun göylərdə yenidən diriləcəyinə ümidi təcəssüm etdirir.
11. Yeniyetmə fiquru - özünü dərk etməyə can atanların, lakin buna yetmədiyindən yalnız mövcudluğa bələd olanların ruhunun hələ rüşeym səviyyəsində olduğunun rəmzidir.
12. Keçi, pişik balası və küçük - Qogenin sözlərinə görə, ruhun axtarış əzablarını bilməyən, maddi təbiətin hökm sürdüyü laqeydliyin mövcudluğunun rəmzidir.
13. Geyimsiz qadın - maddi dünyanın qanunlarına uyğun yaşayanların arxasınca yüyürdüyü həzzin rəmzidir.