“Həsir şlyapada avtoportret”. Vinsent Van Qoq muzeyi, Amsterdam, Hollandiya.
1887
“Qulağı sarğılı avtoportret”. Kurtold qalereyası, London, İngiltərə. 1889
"Avtoportret" . D'Orse muzeyi. Paris, Fransa. 1889
Sağlığında van Qoqun əsərləri məşhur olmasa da, rəssamın vəfatından sonra çox yüksək qiymətləndirildi.
O, təsviri sənətdə indiyədək rəngin görünməmiş emosional təsirinə yaxma və cizgilərin dinamikasına,
formaların kəskin ifadəliliyinə görə ən yüksək zirvəyə qalxmış sənətkardır.
Sərbəst iş üçün tapşırıqlar
Pastel təbaşirlər, akvarel və quaş
Müəyyən edin
-
Rəssamın verilmiş əsərlərində hansı kolorit müşahidə olunur?
Yaradıcı fəaliyyət
-
Vinsent Van Qoqun əsərlərindən birinin surətini çəkin. Təbaşir, akvarel və ya quaşla əsərdəki daha
ifadəli formaları, rəng yaxmalarını və cizgiləri göstərməyə çalışın.
-
Vinsent Van Qoqun yaradıcılığı haqqında əlavə məlumat toplayıb təqdim edin.
Özünüzü yoxlayın
✔
Van Qoqu və onun böyük sələfi, holland rəssamı Rembrandt Van Reyni doğmalaşdıran nədir?