İncəsənətə dair dialoq
Təsviri sənətin müxtəlif növlərində hissləri, emosiyaları hansı vasitələrlə ifadə etmək olar?Fransız impressionistləri ilə eyni vaxtda öz əsərlərini təqdim edən Vinsent Van Qoqun yaradıcılığı fransız rəngkarlığının inkişafı ilə sıx bağlıdır. Özünəməxsus parlaq yaradıcılıq üslubu ilə seçilən Vinsent Van Qoq rəngkarlıqda öz fərdi tərzini yaratmışdır.
Van Qoqun yaradıcılığı Avropa mədəniyyəti tarixində mürəkkəb keçid dövrünü əks etdirir. Onun yaradıcılığı həyata, sadə, zəhmətkeş insana alovlu, çılğın məhəbbətlə doludur. Van Qoqun əsərlərindəki özünəməxsus yaradıcılıq ehtirası, onun ani ifadə qüvvəti və faciəvi coşqunluğu məhz buradan irəli gəlir. Bütün bunlar van Qoqun postimpressionizm1 cərəyanındakı xüsusi yerini müəyyən etməklə yanaşı, onu bu cərəyanın başlıca nümayəndəsinə çevirmişdir.
Vinsent Van Qoqun əsərlərinin qüdrətli sadəliyi: günəbaxanlar
“On beş günəbaxan ilə güldan”. Milli qalereya,
London. 1888
“On iki günəbaxan ilə güldan”. Filadelfiya Təsviri Sənət Muzeyi, ABŞ. 1889
1 Postimrpessionizm (frans. postimpressionisme, lat. post - “sonra” və “impressionizm”) - təsviri sənətdə bədii cərəyandır. Bu cərəyanın rəssamları yalnız görünən gerçəkliyi (realist rəssamlar kimi), yaxud ötəri təəssüratı (impressionistlər kimi) təsvir etməkdən imtina edərək, onun əsas elementlərini, ətraf aləmin uzunmüddətli vəziyyətini, həyatın məğzini təsvir etməyə səy göstərməklə yanaşı, dekorativ üslubiyyata da müraciət edirdilər.