Ogüst Rodenin əsərlərində hərəkət və emosiyalar
Bu heykəltəraşlıq üsulunu impressionist rəngkarlığı ilə necə əlaqələndirmək olar? Roden həcmli formaların yaradılmasında işıq və kölgədən necə istifadə edir?
Roden üçün heykəltəraşlıqda hərəkət - həyatın əsas ifadə formasıdır. Ustadın əsərlərinin daha bir xarakterik xüsusiyyəti isə onların emosionallığıdır. Onun qəhrəmanlarında məhəbbət, ağrı, çarəsizlik kimi güclü emosiyalar hiss edilirdi və o bu vəziyyətlərin real, inandırıcı təsvirinə nail olurdu.
Onun portret büstlərində insanın xarakteri, daxili aləminin kəskinliyi və bütövlüyü öz əksini tapır.
Rodenin yaradıcılığı İntibah dövrünün böyük italyan rəssamlarına xas olan, mərdliklə dəf etdiyi uğursuzluq, acı məyusluq və məğlubiyyətlərlə doludur. Lakin fransız heykəltəraşın həyatında böyük qələbələr də olub. O, bütün bunları hər kəsdən daha böyük səmimiyyətlə yaşayaraq ən dərin insani hisslərini bürünc və mərmərdə təcəssüm etdirmişdir.