Renuarın əsərini yenidən canlandırırıq
1. Qaralama rəsm
2. Tamamlanmış fon
3. Formanın verilməsi
4. Ton və bliklər
5. Yekun cizgilər
Əsərin detalları
(hissələri)
Bu maraqlıdır
Özünün altmış il davam edən uzun yaradıcılığı zamanı Renuar, təxminən, altı minə yaxın rəsm əsəri yarada
bilmişdir. Rəssam qəhrəmanlıq və faciə süjetlərini sevmirdi, onu adi həyatın sadə sevincləri
maraqlandırırdı. İllər sonra Renuar dünya şöhrətli rəssam və yeni bədii cərəyanlardan olan
impressionizmin banilərindən biri kimi tanındı. Ahıl vaxtında Renuar Aralıq dənizi sahilində yerləşən
Kan-sür-Mer kəndində özü və ailəsi üçün gözəl bir ev tikdirmişdi. Bu gün həmin ev rəssamın həyat və
yaradıcılığına həsr olunmuş gözəl bir muzeyə çevrilib.
Sərbəst iş üçün tapşırıqlar
Rəngli karandaşlar, pastel təbaşirlər, quaş və ya akvarel
Müəyyən edin
-
Rəssam hansı janrlarda işləmişdir?
Yaradıcı fəaliyyət
-
İnsanın gündəlik həyatına aid səhnələrin rəsmini çəkin. Bu, bayram, təntənəli mərasim və ya sadəcə,
insanın istirahəti də ola bilər.
-
Ogüst Rеnuarın yaradıcılığı haqqında əlavə məlumat toplayın və təqdim edin.
Özünüzü yoxlayın
✔
İnsan və onun gündəlik həyatı Renuarın əsərlərində öz əksini necə tapmışdır?