Onun əsərlərində tez-tez məişət və mənzərə janrları qarışır, təbii işıqla işıqlandırılmış insan fiqurları, adətən, pəncərə önündə, köşkdə və s. bu kimi şəraitdə təsvir olunur.
Düşünün və izah edin
Renuarın əsərlərində hansı kontrast müşahidə olunur?
GÖRKƏMLİ RƏSSAMLAR
|
|
Pyer Ogüst Renuar
(Pierre-Auguste Renoir)
Həyat xronologiyası
|
Yaşadığı illər
|
1841-1919
|
Doğulduğu yer
|
Limoj, Fransa
|
Təhsili
|
Şarl Qleyrin şagirdi, Zərif Sənətlər Məktəbi
|
Ad və mükafatları
|
Fəxri Legion kavaleri
|
Üslub və texnika
|
impressionizm; rəngkarlıq
|
Əsərlərin mövzusu
|
portret, mənzərə, natürmort, məişət
|
Məşhur əsərləri
|
“Bahar çiçəklərindən dəstə” (1866), “Qurbağa gölü” (1869), “Yelləncəklər” (1876), “Aktrisa Janna SaMarinin portreti” (1877), “Madam Şarpantye öz uşaqları ilə” (1878), “Səhər yeməyindən sonra” (1879), “Bujivaledə rəqs” (1883), “Fortepiano arxasında qızlar” (1892) və s.
|
Müdrik fikirləri
|
Mən əminəm ki, rəsm əsəri xoş, şən və cazibədar olmalıdır! Dünyada darıxdırıcı şeylər, onsuz da, həddən artıq çoxdur və öz əsərlərinlə onların sayını artırmağa dəyməz.
|
“Avarçəkənlərin səhər yeməyi” əsərinin təhlili
Filips kolleksiyası. Milli qalereya, Vaşinqton. 1881
Əsər Sena çayında, Şatu yarımadasında yerləşən “Furneza” restoranında yaradılmışdır. O dövrdə çox dəbdə olan bu yerdə, adətən, rəssamlar, şairlər, aktyorlar və cəmiyyətin digər yaradıcı nümayəndələri görüşür və vaxt keçirirdilər; görüşün məhz burada keçirilməsinə səbəb isə cəmiyyətdə çox dəbdə olan avarçəkməyə aludəlik idi. Kətan üzərində sanki şəhər kənarında dincəlməkdə olan xoşbəxt adamların sərbəst və canlı ab-havası yaradılmışdı.