1. Əşyalar seçilir;
2. Natürmortdakı bütün əşyaların ən yaxşı göründüyü nöqtə müəyyənləşdirilir;
3. Son kompozisiya axtarışları birbaşa natürmortun qurulması üzərində aparılır (nəyisə
götürürük, nəsə əlavə edirik, əşyaların yerini dəyişirik);
4. Çəkiləcək kompozisiyaya uyğun olaraq, kağızın formatını, şaquli və ya üfüqi vəziyyətini
seçirik. Vərəqdə natürmorta aid olan bütün əşyalar elə təsvir olunmalıdır ki, vərəqin səthi
üzərində yerləşməklə yanaşı, bu məkanda onların yeri dar olmasın (yaxud gözdən itməsin).
Əsər üzərində işləyərkən formatın seçimi vacibdir. Onun müəyyən edilməsi rəssamın nə düşündüyündən asılıdır.
5. Əşyaların siluetlərini vərəq üzərində yüngül xətlərlə çəkmək lazımdır. Əgər kompozisiya
düzgün qurulubsa, onda birbaşa rəsmə başlamaq olar.
6. Ton və işıq həlli tapılır.