“Laləli çəmənlik” əsərinin təhlili
D'Orse muzeyi. Paris, Fransa. 1873
Klod Monenin “Laləli çəmənlik” tablosu impressionist rəssamların ilk sərgisində təqdim olunan əsərlərdəndir.
1. Ağaclar arasındakı ev. Tabloda arxa planda çəkilmiş ev üfüq xəttində yerləşir. Onun dam örtüyü tablonun arxa və ön planını bir-biri ilə əlaqələndirir, divarları isə tünd-yaşıl çəmən və səma arasında fərqi yumşaldaraq, sanki yüngül rəng keçidi əmələ gətirir.
2. Arxa plandakı fiqurlar. Əsərdə hərəkət hissini çatdırmaq istəyən Mone təpənin başında daha iki fiqurun təsvirini vermişdir. Onlar çəmənlikdə çətinliklə görünən cığır vasitəsilə ön planda verilmiş fiqurlarla əlaqələndirilmişlər.
3. Sarı cizgilər. Əsərdə qırmızı rəngin üstünlük təşkil etsə də Mone sarı cizgiləri - sarı gülləri bütün kompozisiya boyu həm ön plandakı lalələr arasında, həm də arxa planda səpələmişdir.
4. Sönük tonlar. Əsərin çox böyük bir hissəsində fırça ilə yaxılmış kiçik yaxmalar sanki görünmür. Lakin bu hissədə olan sönük tonlar əlvan, al-qırmızı cizgilərlə qabardılmışdır.