Klod Mone, Eduard Mane, Edqar Deqa, Kamil Pisarro, Qustav Kaybot, Pol Sezan, Ogüst Renuar, Alfred Sisley və başqaları impressionizm cərəyanının ən məşhur rəssamlarından sayılırlar.
İmpressionistlərin yaradıcılıq yolu elə də asan olmamışdır. Əvvəlcə onları qəbul etmirdilər, çünki rəngkarlıq əsərləri çox cəsarətli və qeyri-adi görünürdü. Amma onlar geri çəkilmədilər, nə yoxsulluq, nə də aclıq onları öz yollarından imtina etməyə məcbur edə bildi.
İmpressionizm - XIX əsrdə Fransada mövcud olan ən böyük bədii hərəkat idi. İmpressionizm müasirlərinin yaddaşında inqilab edərək, yeni üfüqlər açdı, incəsənətin inkişafına, yeni konsepsiya, cərəyan və formaların yaranmasına təkan verdi.
Verilmiş cədvəli albomda çəkin və impressionizmin əsas xüsusiyyətlərini qeyd edin.
İmpressionist rəssamlar | Rəssamların yaradıcılıq dövrü | İmpressionizmin əsas xüsusiyyətləri |