Adətən, o, tablonun süjet və kompozisiya həllini uzun müddət düşünər, çoxlu qaralama çəkərdi, lakin fırçanı əlinə aldıqda onu ilhamlandıran hisləri kətan üzərində əbədiləşdirməyə tələsərdi. Əhvali-ruhiyyə, demək olar ki, romantik üslubun əsas prinsiplərindən biridir.
Delakruanın əsərlərində hansı əhvali-ruhiyyə daha çox hiss olunur? Fikrinizi əsaslandırın.
Dünya təsviri sənət tarixinə E.Delakrua çox böyük rəng ustası kimi daxil oldu. Rəssamlar arasında o, ilk dəfə rəng problemini irəli sürdü və bunu elmi cəhətdən əsaslandırdı. E.Delakrua bütün yaradıcılığı boyunca boyaların ahəngdar uyğunluğu, rəng kontrastları və qarışıq rənglərin tətbiqi problemləri ilə maraqlanırdı. Onun bu sahədəki nailiyyətləri impressionistlər1 tərəfindən qəbul olundu və onların yaradıcılığında daha da inkişaf etdirildi.
Rəng kontrastından istifadə etməklə tarixi rəsm və ya natürmort çəkin.
Rəsminizdə aşağıdakı kontrast rəng cütlüklərindən istifadə edin:
1 İmpressionizm (fr. Impressionnisme, yəni impression - “təəssürat”) - XIX əsrin ortalarında Fransada rəngkarlıq sahəsində meydana çıxmış və sonralar bütün dünyaya yayılmış üslubdur. İmpressionistlər bu üslubda yaradan rəssamlardır.