Delakrua natürmort və vəhşi heyvanların şəkillərini çəkməyi çox sevərdi.
Delakruanın əsərlərini bir qədər uzaqdan seyr etmək lazımdır. Yaxından onlara baxarkən səliqəsiz və kobud çəkilmiş kimi təsir bağışlayır. Bu onunla izah edilir ki, Delakrua həmişə cəld tempdə işləyib.