Enqr yaradıcılığında boyanın qatı çəkilməsini, iri yaxmaları, işıq və rəng effektlərinin artırılmasını qəbul etmirdi. O, yalnız azacıq yarımtonlara keçən lokal rənglərə üstünlük verirdi.
Enqr - karandaşla çəkilmiş möhtəşəm portretlərin müəllifidir. O, təkcə həmin dövrün insanlarının özünəməxsus simasını deyil, həm də onların xarakterik cizgilərini hiss edib çatdıra bilmişdir.
"Batalist rəssam Şarl Tevenen”. Şəxsi kolleksiya. 1817
"Madam Baltar və onun qızı Paula”.
Şəxsi kolleksiya. 1836
Səlis forma, qüsursuz rəsm, siluetlərin gözəlliyi Enqrin əsərlərinin üslubunu müəyyən edir. Onun əsərləri, yüksək məharəti, xətlərinin sehri bir çox rəssamın yaradıcılığına təsir göstərmişdir. Rəssamın çoxsaylı rəsm əsərləri, arxivi, şəxsi əşyaları Montobandakı Enqr muzeyində saxlanılır.