Davidin yaradıcılığında antik üslub necə əks olunmuşdur? O öz əsərlərinə hansı yeniliyi gətirmişdi?
Davidin əsərlərinin təsiri bütün hüdudları aşaraq, dəb, mebel və interyer dizaynını istiqamətləndirmiş və əxlaq fəlsəfəsinin inkişafında öz əksini tapmışdı.
David inqilab dövrünün nəhəng rəssamı hesab edilir. O, dünyada inqilabçılara qoşulan ilk böyük rəssam olmuşdur. Davidin yaradıcılığı müasiri olduğu rəngkarlıq sənətinə və bütövlükdə XIX əsr incəsənətinə təsir göstərərək çox böyük əks-səda doğurmuşdu. O hətta digər ölkələrdə incəsənətin istiqamətinə mühüm təsir göstərmişdi. Azadlıq idealını antik obrazlar vasitəsilə ifadə edən rəssam fransız klassisizminin ən nəhəng nümayəndəsi hesab olunur.
Sizə öz yaradıcılığı, şəxsiyyəti ilə təsir edən insanın obrazım yaradın. Onun məşğuliyyətini, geyim tərzini çəkməyə çalışın.
a) Jak Lui Davidin yaradıcılığı haqqında əlavə məlumat toplayın və təqdim edin.
b) Tanıdığınız Azərbaycanın Milli qəhrəmanları haqqında qısa esse yazın, onların igidliyini
tərənnüm edən rəsm çəkin.