İncəsənətə dair dialoq
Antik dövrə xas olan xarakterik cəhətlər hansılardır?Fransız klassisizminin1, ampir2 və həmçinin fransız rəngkarlığında yeni üslubun - neoklassisizmin3 banisi, lideri kimi tanınmış Jak Lui Davidin əsərləri üçün tarixi obrazların cəsarətli dramatizmi daha xarakterikdir.
David “Horatsilərin andı” adlı məşhur tablosunu yaratmaqla yeni inqilabi üslubun - klassisizmin təməlini qoydu. Bu əsərdə dövlətin gücləndirilməsi üçün xalqın birliyini əsk etdirən üç oğul və atanın andı təsvir olunmuşdur. Silahları oğullarına uzadan qoca onların döyüşünə xeyir-dua verir.
1 Klassisizm (lat. slassicus - nümunəvi) - XVII-XIX
əsrlərdə Qərbi Avropa incəsənətində antik dövrə ideal kimi müraciət edən bədii üslubdur. Klassisist
rəssamlar antikliyi ən yüksək nailiyyət hesab edir, onu incəsənətdə etalona çevirərək, təqlid etməyə can
atırdılar.
2 Ampir (frans. empire - imperiya) - XIX əsrin əvvəlində, Napoleon
Bonapartın Birinci imperiyası dövründə Fransada meydana gələn incəsənət üslubu (imperiya üslubu). Ampir
- klassisizmin inkişafında sonuncu mərhələdir. Ampir üslubunun ən xarakterik cəhətləri - möhtəşəmlik,
zəriflik, dəbdəbə, qüdrət və hərbi gücün təcəssümü üçün antik incəsənətə müraciət olunmasıdır.
3 Neoklassisizm - XIX əsrin sonu - XX əsrin əvvəlində incəsənətdə antik və
İntibah dövrünün nailiyyətlərinə, aydın plastik formalara maraq oyadan cərəyan.