Fransisko Qoyyanın məşhur “Kral IV Karlın ailəsi” tablosu rəngkarlıq üzrə sənətşünas və tənqidçiləri heyran etmişdi. Hələ heç vaxt, heç kim saray adamlarını bu cür təsvir etməyə cəsarət etməmişdi. Qoyya hökmdarın və arvadının mənəvi eybəcərliyini, daxili puçluğunu və lovğalığını kəskin surətdə ifşa etməkdən çəkinməmişdir. Ancaq kiçik qızı - Mariya İzabelin zərif obrazı isə mələyi xatırladır.
“Müharibə fəlakətləri” silsiləsindən ofortlar