Azərbaycan təsviri sənətində tarixi və batal janrlarına aid nümunələr Şəki Xan sarayının və Sərdar sarayının tərtibatında, M.Q.İrəvani, M.M.Nəvvabın yaradıcılığında, XX-XXI əsrlərdə isə M.Abdullayev, S.Bəhlulzadə, T.Salahov, S.Şərifzadə və başqa rəssamların əsərlərində öz əksini tapmışdır.
Müasir rəssam təkcə ötən yüzillikdəki sənətkarların misilsiz yaradıcılıq xəzinəsinin yükünü özündə daşımır, o həm də bizim dövlətimizin şərəfli tarixini öyrənməyə, qəhrəmanları ilə fəxr etməyə kömək edir. O, gənc nəslə vətənə məhəbbət hissi aşılayır, vətənpərvərlik ruhunu tarixi hadisələrin, görkəmli şəxsiyyətlərin, milli qəhrəmanların təsviri əsasında möhkəmləndirir.
Janrlar | Janrların xüsusiyyətləri | Janrların yaranması | Rəssamın adı və yaratdığı əsər |
Batal | |||
Tarixi |
Janrların müqayisəli xarakteristikası
Batal janrının xüsusiyyətləri | Batal və tarixi janrların ümumi xüsusiyyətləri | Tarixi janrın xüsusiyyətləri |