Azərbaycan ədəbiyyatı qədim və zəngin bir tarixə malikdir. Ər qadim zamanlardan Azərbaycan ərazisində yaşayan müxtəlif tayfa-qəbilələr arasında türk dilində darışan xalqlar üstünlük təşkil etmiş, bu dildə zəngin şifahi xalq yaradıcılığı nümunələri ilə yanaşı, yazılı abidələr də yaranmışdır.
Həmin dövr ədəbiyyatı mızın [əməlində qədim iimumtürk ədəbiyyatı dayanır. Ulu babalarımızın ən qədim zamanlarda yaratdığı SÖZ Sənəti ortaq türk ədəbiyyatı hesab olunur. Orxon-Yenisey abidələri ortaq türk ədəbiyyatının ilk nümunələridir.
Azərbaycanda ən qədim zamanlarda yaranan bir çox ədəbiyyat və mədəniyyət nümunələri sonrakı dövrlərə gəlib çalmamışdır. Lakiıt Azərbaycan ədəbiyyatının inkişafı haqqında deyilənləri Herodotun "Tarix" əsərində verilmiş əfsanələr, digər dəyərli nümunələr, eləcə də Midiyanın yüksək mədəniyyətə malik olması haqqında tikirlər bir daha təsdiqləyir.
VII əsrdə Azərbayeanın ərəblər tərəfindən işğal olunmasından, islam dininin qəbulundan sonra ərəb dilində mədrəsələr açıldı, ərəb əlifbasına keçildi. Ziyalıların ərəb dilli mədrəsələrdə təhsil alması onların bədii yaradıcılığına təsirsiz ötüşmədi. Hu amil sənətkarlarımızın ərəb dilində yazıb-yaratmalarına səbəb oldu. Həmin dövrdə Musa Şəbə val, İsmayıl bin Yosar, Əbdül Abbas əl Əma ərəb dilində qiymətli sənət əsərləri yazan tanınmış şairlər idi. Onlar clövriin tələblərinə uyğun olaraq əsərlərini ərəb dilində yazsalar da, şeirlərində vətənpərvərlik hisslərinin tərənnümü mühüm yer tuturdu.
Qədim dövr Azərbaycan ədəbiyyatında misilsiz xalq yaradıcılığı hadisəsi olan "Dədə Qorqud" dünya ədəbiyyatında çox az rast gəlinən möhtəşəm abid əl ərdəndir. Ulu babalarımızın - oğuz türklərinin bədii düşüncəsinin məhsulu olan "Kitabi-Dədə Qorqud" dastanları ideya-məzmunu, təkrarolunmaz gözəlliyi ilə yüz illərdir kı, dünya alimlərinin diqqət mərkəzindədir.