“Füyuzat” jurnalından, 2010-cu il
-
Ardıcıllığı bərpa etməklə mətndə ifadə olunan əsas fikri müəyyənləşdirin və
ona münasibətinizi bildirin.
-
Qoca dərmansatan obrazına münasibət bildirin davranışına görə onun zahiri görkəmini təsvir edin
və mətnin uyğun hissəsinə əlavə edin.
-
Lili dərmansatanın “məsləhətləri”nə əsasən “zəhər”dən istifadə edərkən nə üçün mülayimləşdi? Bu
onun hansı xüsusiyyətini üzə çıxarır?
-
Dərmansatanın “əsl zəhər sənin ürəyində idi” fikrini izah edin.
-
Necə bilirsiniz, qızlar arasında sevgi və dostluğun bərpası qəbiləni möhkəm- ləndirəcəkmi?
Fikirlərinizi əsaslandırın.
-
Sizcə, “insan üçün ən böyük problemi elə insan özü yaradır” fikri ilə razılaşmaq olarmı?
Fikrinizi qarşılaşdığınız oxşar hadisələrlə müqayisə edin.
-
Ədavət, ədalət, ətalət sözlərinin leksik mənalarını müqayisə edin.
-
Mətndə fərqləndirilmiş söz və ifadələrin qarşılığını tapın.